ABŞ-Meksika sərhədində gizli tunel aşkarlanıb

ABŞ-Meksika sərhədində gizli tunel aşkarlanıb
06:22 13 Yanvar 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ-la Meksikanın sərhədində tunel aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
Bildirilir ki, tunel ABŞ-ın Arizona ştatının yaxınlığında, bu həftə aşkarlanıb. Məlumata görə, Meksikanın hakimiyyət orqanları ondan narkotik vasitələrin daşınması insanların sərhəddən keçirilməsi üçün istifadə edilməsindən şübhələnirlər.
Nəşr qeyd edib ki, bu, son aylar aşkarlanmış üçüncü analoji tuneldir. 
Daha əvvəl məlum olub ki, ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tunel-abs-in-arizona-statinin-yaxinliginda-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR