Qadınlar arasında voleybol üzrə dünya çempionatı ilk dəfə iki ölkədə keçiriləcək

Qadınlar arasında voleybol üzrə dünya çempionatı ilk dəfə iki ölkədə keçiriləcək
06:47 13 Yanvar 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ PolşaNiderland 2022-ci ildə qadınlar arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) mətbuat xidməti məlumat yayıb.
Xidmətdən bildirilib ki, dünya çempionatına ev sahibliyi ilə bağlı güclü rəqabət prosesi olub. Niderland və Polşanın 2022-ci ildə qadınların arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi ilə bağlı müraciətinin ən yaxşı olması yekdil səslə qərara alınıb.
Voleybol üzrə dünya çempionatları dörd ildən bir keçirilir. Yarışlar heç vaxt iki ölkədə keçirilməyib.
Daha əvvəl məlum olub ki, 2022-ci ildə kişilər arasında voleybol üzrə dünya çempionatı Rusiyada keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/komanda/polsa-ve-niderland-dunya-cempionatina-ev-sahibliyi-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR