Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, onlarla yaralı var

Meksikada sərnişin avtobusu qəzaya uğrayıb, onlarla yaralı var
07:52 13 Yanvar 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Meksikada sərnişin avtobusu qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Universal" məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimal-qərbində, Sinaloa ştatının Kulyakan şəhəri ərazisində baş verib. Ekskursiya üçün icarəyə götürülmüş avtobusun aşması nəticəsində 35 nəfər yaralanıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.
"El Sol de Sinaloa" nəşri isə bildirib ki, hadisə zamanı avtobusda yerli sakinlər və ABŞ turistləri olub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıblar. 
Daha əvvəl Meksikada avtobus yaşayış evinə çırpılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avtobusun-asmasi-neticesinde-35-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR