Ermənistanda baş vermiş avtoqəzada hərbçi ölüb - FOTOLAR

Dünən saat 21:00 radələrində Ermənistanın Sünik vilayətində avtomobil qəzası baş verib.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, İrəvan-Meğri yolunun 374-cü km-də Sünik vilayətinin Karcevan kənd sakini Xoren Qevorkyanın idarə etdiyi VAZ-2107 markalı avtomobil və İran İslam Respublikasının dövlət qeydiyyat nömrəli "Volvo" markalı yük avtomobili toqquşub.

Məlumata görə, VAZ-2107 markalı avtomobilin sürücüsü Xoren Qevorkyan hadisə yerində ölüb. Daha iki sərnişin isə aldıqları bədən xəsarətləri ilə Meğri tibb mərkəzinə təxliyyə edilib. Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, ölən Xoren Qevorkyan Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu olub.



Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR