İranda düşən təyyarədə 1 yaralı, 14 ölü

Qırğızıstanın paytaxtı Bişkekdən uçuş edən və eniş nöqtəsi İranın Peyam hava limanı olan yük təyyarəsi səhvən Fetih havalimanına enməyə çalışıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Peyam və Fetih hava limanlarının yerləşdiyi Elburz əyaləti vəzifəliləri pilotun eniş zamanı nəzarəti itirərək hava limanın divarına çırpıldığını, daha sonra bir yaşayış ərazisinə girdiyini deyib.

Bəzi açıqlamalara görə, qəza nəticəsində bir neçə ev zərər görüb. Pilotn xilas olunduğu qəzada digər 14 təyyarə işçisi isə həyatını itirib.

Təyyarə heyətinin kimliyinin İran Ordusu tərəfindən açıqlanması gözlənilir.




http://metbuat-az.com/news/1109432/olen-yaxinlarin...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR