Hərrac: 125 dövlət əmlakı özəlləşdirilir - FOTOLAR

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac artıq yeni ünvanda - Əmlak Xidmətləri Məkanında (Bakı şəh., Nizami ray., X.R.Ulutürk küç., 20) keçiriləcək.

Komitədən Metbuat.az-a verilən məlumata görə, 12 fevral tarixində keçiriləcək hərraca ümumilikdə 125 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 24-ü qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 12-si isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m arasındadır. Mehmanxana, sanatoriya, mağaza, restoran və digər sahələrə aid olan dövlət obyektlərinin çoxu torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Gəncədə yerləşən yeməkxananın ümumi faydalı sahəsi 536,7 kv.m-dir. Totanlı küçəsindəki bu dövlət əmlakı 7323 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. İnvestor 7 min 500 manat beh ödəyərək xidmət sahəsində gəlirli fəaliyyətə imkan verən obyektin sifarişçisinə çevrilə bilər.

Sərmayəçilərə maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12,5 kv.m ilə 267,6 kv.m intervalındadır. Dövlət əmlaklarından 13-ü paytaxtda, 6-sı Sumqayıtda, digərləri isə Gəncə, Tərtər, DaşkəsənSabirabadda yerləşir. Biznes fəaliyyətinə başlamaq istəyənlər bu kateqoriyadan olan dövlət əmlaklarını ofis və xidmət obyekti kimi istifadə edə bilər. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsindədir.

Təmir-tikinti, sənaye, kəndkimya, nəqliyyat, məişət və digər sahələr üzrə səhmdar cəmiyyətlərinin səhm paketləri də budəfəki hərraca çıxarılıb. Bu dövlət əmlaklarına “Bərdə Kəndkimya”, “Tərtər Nəqliyyat”, “Lənkəran Mebel” kimi səhmdar cəmiyyətləri aiddir. Belə müəssisələr respublikanın müxtəlif regionlarında yerləşir. Hərraca çıxarılan səhm paketləri səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Avtomobil almaq istəyənlərə geniş seçim imkanı təklif edən nəqliyyat vasitələri isə "QAZ", "Volkswagen", "BMW", "FIAT" və digər markalara aiddir. Bu nəqliyyat vasitələrinin istehsal tarixləri 2005-2008-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiymətləri 2 min manat ilə 5 min 200 manat arasındadır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR