Leyboristlər Partiyası "Brexit" ilə bağlı təkrar referendumun keçirilməsi tərəfdarıdır

Leyboristlər Partiyası "Brexit" ilə bağlı təkrar referendumun keçirilməsi tərəfdarıdır
14:52 22 Yanvar 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Leyboristlər Partiyası ölkənin Avropa İttifaqındakı (Aİ) üzvlüyünə dair ikinci referendum keçirilməsi barədə düzəlişini parlamentə təqdim edib.
“Report” “The Quardian”a istinadən xəbər verir ki, təklif gələn həftə səsə qoyula bilər.
Referendumla yanaşı, millət vəkilləri partiyanın "Brexit" ilə bağlı alternativ planına dair də səs verəcəklər. Plana görə, "Brexit"dən sonra Böyük Britaniya Aİ Gömrük İttifaqında qalaraq təşkilatın vahid bazarı ilə sıx əlaqələrini davam etdirəcək. Həmçinin vətəndaş və istehlakçı hüquqları da Aİ standartları ilə uzlaşdırılacaq.
Leyboristlər Partiyasının lideri Ceremi Korbin təqdim etdikləri düzəliş sayəsində "Brexit" məsələsinin dirəndiyi dalandan qurtulacağını, “fəaliyyətsizlik xaosu”nun ortadan qaldırılacağını deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/leyboristler-partiyasi-brexit-ile-bagli-tekrar-referendum-terefdaridir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR