Qvardiola Sarridən danışdı

Qvardiola Sarridən danışdı
16:05 11 Fevral 2019
82 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, insanlar "Çelsi"nin çalışdırıcısı Maurisio Sarrini başa düşmür.Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qvardiola fikirlərini London klubu üzərində darmadağından (6:0) sonra bölüşüb:"Oyundan sonra Sarri mənim əlimi sıxmadı. Bunu şişirtməyə ehtiyac yoxdur. Biz dostuq. Aramızda problem yoxdur. Onun nə istədiyini yaxşı bilirəm. Təəssüf ki, insanlar Sarrinin ideyasını başa düşmür. Elə bilirlər ki, hər şeyi çox rahat şəkildə yoluna qoymaq mümkündür: yeni məşqçi gəldi, bir neçə futbolçu aldı, vəssalam, problemlər çözüldü. Belə deyil. Məşqçiyə inamdan və klubun sahibindən çox şey asılıdır. "Mançester Siti"nin prezidenti məni yaxşı başa düşür. İndiyədək "qalib gələndə yaxşısan, uduzanda pis" ifadəsini eşitməmişəm. Çünki mənə inanırlar. Bu cür münasibət Sarriyə göstərilsə, "Çelsi"də problem qalmaz" - Qvardiola bildirib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/729557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR