Ölümlə nəticələnən qəza

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-a daxil olan məlumata əsasən, hadisə ötən gün saat 16:00 radələrində qeydə alınıb. Şəhər sakini 1944-cü il təvəllüdlü Azəri Həmid İdris oğlu idarə etdiyi “VAZ-21013” markalı avtomobillə Ağdaş şəhəri Heydər Əliyev prospektiylə üzü şəhər istiqamətində olarkən magistralın orta hissəsində yol təmiriylə bağlı işləyən Zaqatala rayon sakini 1971-ci il təvəllüdlü Şahid Məmmədovun idarə etdiyi ekskavatorun sol hissəsinə çırpılıb. Qəza nəticəsində Həmid Azəri Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Ölüm səbəbinin müəyyənləşməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hadisəylə bağlı Ağdaş rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsiylə (Yəni, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi başlayıb, araşdırmalar aparılır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Günün qoroskopu - Yorğunluq səhhətinizdə problemlər yarada bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR