2018-ci ildə düşmən ordusunda 3525 fövqəladə hadisə baş verib

2018-ci il ərzində Ermənistan silahlı qüvvələrində 3525 fövqəladə hadisə (2017-ci ildə 3416) qeydə alınıb. Bunlardan 2358-i hüquq pozulmaları, 1140 hal isə cinayətkarlıq halı olmaqla 63.8% hərbi, 36.2 % isə ümumi xarakterli hallar olub.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə fevralın 12-də Ermənistanın baş prokuroru Artur Davtyanın sədrliyi ilə keçirilən prokurorluğun yekun iclasında məlumat verilib.

İclasda Ermənistanın müdafiə naziri Davit Tonoyan da iştirak edib.

Məlumata görə, ağır cinayətlərin sayı 9 hal artıb, xüsusilə ağır cinayətlərin sayı isə 37 hal azalıb.

Xüsusilə ağır cinayətlərdən olan 43 haldan, 7 hal təxribat, 1 hal əsgər yoldaşı tərəfindən öldürülmə, 1 halda isə hərbi qulluqçunun mülki şəxsi öldürməsi faktı qeydə alınıb. 23 halda təxribata cəhd, 2 halda isə əsgər yoldaşı tərəfindən öldürməyə cəhd faktı qeydə alınıb.

2018-ci il ərzində 1173 erməni hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2017-ci ildə isə bu rəqəm 1813 nəfər təşkil edib.

Günün qoroskopu - Yorğunluq səhhətinizdə problemlər yarada bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR