Eldar Əzizov restoranların "Tarqovı”nı zəbt etməsinə icazə vermədi - FOTOLAR

Bakının "Tarqovı” adlanan ərazisində fəaliyyət göstərən restoranların yolun hərəkət hissəsini zəbt etməsinin qarşısı alınıb.

Bu barədə Metbuat.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, sakinlərin şikayətindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aidiyyəti qurumlara tapşırıq verib.

Vəziyyətlə yerində tanışlıqdan sonra vətəndaşların gediş-gəlişinə mane olan restoranların yolun hərəkət hissəsini zəbt etməsinin qarşısı alınıb. Bundan sonra yol açılıb, keçid təmizlənib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR