Ermənistan ordusunda böyük korrupsiya faktı - 422.236.614 dramlıq ziyan

2018-ci ildə Ermənistan silahlı qüvvələrində 182 korrupsiya faktı qeydə alınıb.

Metbuat.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə fevralın 12-də Ermənistanın Baş Prokurorluğunun keçirdiyi yekun iclasda məlumat verilib.

İclas baş prokuror Artur Davtyanın sədrliyi ilə keçirilib. İclasda Ermənistanın Müdafiə naziri Davit Tonoyan da iştirak edib.

86 şəxslə bağlı 43 cinayət işi məhkəmələrə göndərilib. 2018-ci il ərzində ümumi olaraq cinayət işləri əsasında 422.236.614 dram maddi ziyan vurulduğu faktı təsdiqlənib ki, bu rəqəm də 2017-ci ilin göstəricilərindən 7.3 dəfə çoxdur.

Məhkəmə icraatına qəbul edilənədək 410.653.037 dram həcmində dəymiş ziyan bərpa edilib. Bu rəqəm 2017-ci ilin nəticələrindən 8 dəfə çoxluq təşkil edir.

“Nikoyl” bankın vəzifəli şəxsləri HƏBS OLUNUB - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR