Bakıda 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb

Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb. Növbəti mərhələdə müvafiq nişanlanma işləri də aparılacaq.

Məqsəd avtomobil yolları ilə dəmiryol xətlərinin kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qəza riskinin azaldılmasıdır.

Memorial Soyqırım Muzeyindən reportaj / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR