Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub

Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub
14:36 18 Fevral 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb.

Universitetdən Trend-ə verilən məlumata görə, iki ölkə arasındakı əlaqələrin tarixi inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi nəticəsində Əfqanıstan ilə müxtəlif sahələrdə uğurlu münasibətlərdən bəhs edən F.Qurbanov elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay, ölkələrarası münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək ortaq dəyərlərə malik olduğumuzu bildirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən səfir, müharibə şəraitinin Əfqanıstan mədəniyyətinə, o cümlədən təhsilinə də təsirsiz ötüşmədiyini deyib. O, Əfqanıstanda əsasən özəl ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyini, hazırda təhsilin keyfiyyətinin artırılmasının aktual məsələlər sırasında olduğunu söyləyib.

BDU-nun əcnəbi məzunlarının peşəkarlığından danışan səfir bunu Azərbaycan təhsilinin yüksək səviyyədə olması kimi dəyərləndirib. Səfir X.Spelanay ölkəsininin peşəkar kadrlarla təmini baxımından BDU ilə Əfqanıstan universitetləri arasında intensiv əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib, səfirlik olaraq lazımi dəstək olacaqlarını söyləyib.

Qonaq görüş çərçivəsində BDU-nun elm və tədris mərkəzləri ilə yaxından tanış olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3021068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR