Müharibə veteranı Moskvada çeçenlərlə azərbaycanlılar arasındakı insidentdən danışıb

Müharibə veteranı Moskvada çeçenlərlə azərbaycanlılar arasındakı insidentdən danışıb
20:57 18 Fevral 2019
115 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Çeçenistan parlamentinin deputatı, müharibə veteranı Salam Asuyev bu günlərdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.
"Report"un verdiyi xəbərə görə, bəyanatda S.Asuyev Azərbaycanda yaşayan Əfqanıstan və digər hərbi münaqişələrin veteranlarına, azərbaycanlılara müraciət edib: "Fevralın 15-də MDB dövlətləri tarixi bir hadisəni - sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illik yubileyini qeyd etdi. Bu bayram fonunda Moskvada azərbaycanlılar və çeçenlər arasında xoşagəlməz insident baş verdi. Əslində, buna bənzər hansısa bir hadisə əsrlər boyu xalqlarımız arasında mövcud olan qardaşlıq əlaqələrimizi poza bilməz. "Qarabağ müharibəsi əlilləri və veteranları" İctimai Birliyinin sədri Fuad Rzayevə münaqişənin yatırılmasında göstərdiyi səylərə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Bizim xalqlarımız gözə görünməyən möhkəm bağlarla bağlıdır və heç kim bu bağları qıra bilməz".
Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/cecen-deputat-moskvadaki-insidente-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR