Azərbaycanda qaz hasilatı 23% artıb

Azərbaycanda qaz hasilatı 23% artıb
09:37 19 Fevral 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 333,7 min ton həcmində xam neft hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 3 329,9 min tonu əmtəəlik xam neft olub.
Bu ilin yanvar ayında neft hasilatı ötən ilin yanvar ayı ilə müqayisədə 0,8% azalıb.
Ötən ay ölkədə 3 062,1 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bunun da 1 992,4 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Yanvar ayında qaz hasilatının həcmi 23,1%, əməəlik qaz hasilatının həcmi 26,4% artıb.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-qaz-hasilati-23-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR