Əmirliklərdə ilk dəfə şəriətin əsaslarını tədris edən onlayn kurslar yaradılıb

Əmirliklərdə ilk dəfə şəriətin əsaslarını tədris edən onlayn kurslar yaradılıb
08:12 8 Mart 2019
Ölkə mətbuatı
A- A+

Dubayda yerləşən "Dar Əl Ber" xeyriyyə fondu İslam şəriətinin və müsəlmanların hüquq normalarını ödənişsiz öyrənmək istəyənlər üçün "Əl Ber" onlayn platformasını istifadəyə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu proqram İslamın əsas dəyərlərinin dünyada təşviqinə yönəlib. "Əl Ber" elektron təhsil platforması bütün dünyadan şəriət və müsəlman hüququ ilə maraqlanan insanlar üçün intensiv və orijinal kurslar təklif edir. Dərslər ərəb və ingilis dillərində təqdim olunur, tədris proqramı isə müqəddəs Qurani-Kərim əsasında hazırlanıb.

"Dar Əl Ber" cəmiyyətinin baş direktoru Abdulla Əli bin Zayed bildirib ki, intellektual onlayn platformasının yaradılmasına yüksəksəlahiyyətli islamşünas alimlər cəlb olunub. Alimlər bilik və təcrübələrini həm Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, həm də dünyanın hər yerindən olan xaricilərlə bölüşəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/736941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR