Lənkəranda “Nəsimi İli” ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Tükəvilə kənd tam orta məktəbində “Nəsimi İli” ilə əlaqədar tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Günay İsmayılova, müəllimlər və şagirdlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə məktəbin direktoru Günay İsmayılova, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan edilməsini Nəsimi yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən dəyər kimi yüksək qiymətləndiriblər.

Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb. Sonda şagirdlərin ifasında Nəsimi yaradıcılığına aid şeirlər səsləndirilib, kompozisiyalar nümayiş etdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR