CNN-in analitiki Trampın qızını və kürəkənini "tarakan" adlandırıb

CNN-in analitiki Trampın qızını və kürəkənini "tarakan" adlandırıb
04:37 15 Mart 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

CNN-in siyasi analitiki Pol Beqala ABŞ prezidentinin qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşneri "tarakan" adlandırıb.
"Report" "Fox News"a istinadən xəbər verir ki, yeni "Kushner, Inc." kitabının müzakirəsi zamanı müəllifə Trampın onları nə vaxtsa "kənara atacağ"ı və onların Ağ evdə baş verənlər fonunda ciddi qalmaqallardan necə qaçmağa müyəssər olmaları barədə sual verilib.
"Əlbəttə, onlar sağ qalmağa müvəffəq oldular. Demək istəyirəm ki, tarakanlar hətta nüvə müharibəsində də sağ qalırlar", - deyə Beqala bildirib.
Telekanal bildirir ki, hadisədən sonra yoxlama başlanılıb. Lakin CNN Beqalanın cəzalandırılacağı barədə dərhal məlumat verməyib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cnn-in-analitiki-trampin-qizini-ve-kurekenini-tarakan-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR