Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

Metbuat.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olur, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkirlər.

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri keçiriləcək, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və Novruz bayramı münasibətilə digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Bu şəxslərə PLOV yemək OLMAZ! - Mütləq baxın! / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR