“Ard-arda bir neçə yanğının baş verməsi bizi başqa bir məsələni düşünməyə vadar edir” – Əli Əhmədov

"Yanğın baş verən məcburi köçkünlərin yaşadığı binanın sakinləri istədikləri kimi təminat aldılar. Kim ev almaq istədisə aldı, kimi kompensasiya istəyirdisə, o formada onlara lazım olan yardım göstərildi. Binanın təmirilə əlaqədar da işlər görülür".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərlə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib. Ə.Əhmədov bildirib ki, o binada yanğının baş vermə səbəbləri də ciddi şəkildə araşdırılır: "Son bir neçə ay ərzində belə yanğın hadisələrinin baş verməsi bizi iki mənada narahat edir. Birincisi bu yanğınlar nəticəsində insanlar əziyyət çəkir. Axırıncı yanğında da iki nəfər həyatını itirdi. Eyni zamanda ikinci bir tərəfdən ard-arda bir neçə yanğının baş verməsi bizi başqa bir məsələni düşünməyə vadar edir.

Biz istəyərdik ki, bu, fövqəladə bir hal kimi qiymətləndirilsin. Amma araşdırmaq lazımdır ki, burada hər hansı bir yanğının törədilməsi halları olub, ya yox. Bir neçə yanğının olması təbiidir ki, bizdə belə bir fikir yaradır, ona görə də hüquq-mühafizə orqanları bunun üzərində ciddi formada işləyirlər ki, hər hansı kənar müdaxilə və ya kimlərinsə bu işi törətməsi halları olmasın.

Məcburi köçkünlərə dövlət qayğısı fəal şəkildə göstərilib, dövlət öz imkanlarının böyük bir hissəsini məcburi köçkünlərimizin məişət şəraitinin yaxşılaşdırılmasına sərf edib. Onlar üçün evlər tikilir və mütəmadi olaraq onlar o evlərə köçürülürlər".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR