“Hökumətin imkanları artdıqca prezident əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq” – Əli Əhmədov

Azərbaycan artıq qüdrətli bir dövlətə çevrilib. Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq”.

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib. Onun sözlərinə görə, dövlətin imkanları vətəndaşların rifahının yaxşılaşdırılmasına sərf edilir:

“Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın. Vətəndaşın yaşayışı, insanların rifahının yaxşılaşdırılması həmişə dövlətin diqqət mərkəzində olub. Bizim üçün ən böyük dəyər insandır. Azərbaycan vətəndaşı dövlətin ən böyük sərvətidir. İnsana qayğı göstərməkdən ali dəyər yoxdur. Bir müddət öncə Prezident İlham Əliyevin sərəncamı ilə bütün kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması üçün sərəmcamlar imzalandı. Dövlət imkanları çərçivəsində vətəndaşların daha yaxşı yaşaması istiqamətində əlavə tədbirlər görülür. Dövlət başçısının sərəncamları ilə əmək pensiyası, minimum əməkhaqqı, müavinətlər artırıldı. Ümumiyyətlə, vətəndaşlara verilən bütün müavinətlər artırılıb”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR