Dubayda bitkoin satan ilk avtomat quraşdırılıb

Dubayda bitkoin satan ilk avtomat quraşdırılıb
08:52 20 Mart 2019
Ölkə mətbuatı
A- A+

Dubayda bitkoin satan ilk avtomat quraşdırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, layihənin müəllifi qismində "Amhora" şirkəti çıxış edir. Yeni növ aparatın fəaliyyətinə lisenziyanı Dubay İqtisadi İnkişaf Departamenti verib.

İlk "bitkoinmat" beşulduzlu "Rixos Premium Dubai JBR" otelinin lobbisində quraşdırılıb. Kriptovalyuta bankomatı sonradan digər treydinq platformalarında satılması mümkün olan bitkoinləri əldə etməyə imkan verir. Şirkətin komissiyası satış məbləğinin 5 faizini təşkil edir. Alış proseduru bir düyməni basmaqla həyata keçir, bu zaman sənədlərin qeydiyyatı və ya doldurulması tələb olunmur. Sənədlərin - pasport və ya şəxsiyyət vəsiqəsinin təqdimatı satış sövdələşmələri həyata keçirilərkən zəruridir.

Avtomat tərəfindən əməliyyatlar kriptovalyutanın aktual bazar qiymətlərinə müvafiq olaraq yerinə yetirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR