Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyyə olunub

Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyyə olunub
09:07 20 Mart 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 m² sahədə əriyib. 
Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yasayis-binasinda-yangin-olub-12-nefer-texliyye-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR