50 nəfəri öldürən terrorçu ömürlük həbsdə qalacaq

Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məscidə silahlı hücum edən terrorçu ömürlük həbsə məhkum ediləcək.


Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hadisə ilə əlaqədar təcili iclasında deyib.

Uinston Piters çıxışında bildirib: "Bu hamımıza hücum deməkdir. Bununla əlaqədar olaraq ölkə tarixində ən böyük polis araşdırması aparılır. Terrorçu ömrünün qalan hissəsini biradamlıq kamerada keçirəcək".

Xatırladaq ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə insanlara atəşə açıb. Hadisə nəticəsində 51 nəfər ölüb, 59 nəfər xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR