Həmyerlilərimiz Moskvada Üzeyir və köməkçisini döydülər

Müğənni Üzeyir Mehdizadə Novruz Bayramı münasibətilə həmkarı Rəqsanə İsmayılovanın Moskvadakı restoranında konsert proqramı ilə çıxış edib.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, konsertdən sonra ifaçı və köməkçisi döyülüb. Məlumatda bildirilir ki, onları döyən şəxslər isə Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılardır.

Qeyd edək ki, konsertdə Üzeyir yüngül zədə alsa da, köməkçisinin vəziyyəti ürəkaçan olmayıb. Digər tərəfdən Üzeyirin, konsert baş tutan restoranın və məkanın sahibi Rəqsanə İsmayılovanın sosial media hesabında konsertdən görüntülər paylaşmaması da diqqət çəkib.

Üzeyir Mehdizadə Moskvada həmkarı Rəqsanə İsmayılovanın restoranında döyülməsi ilə bağlı yayılan informasiya haqda İnstaqramda yazıb:

"Əziz izləyicilər, dostlar, bizə görə narahat olan adamlar, gördüyünüz kimi hər şey qaydasındadır. Şükür Allaha. Qısa məlumat verim. Sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub. O da yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içərisində iki qardaş arasında da söz söhbət olur. Bizim ən böyük söhbətimiz düşmənimiz ermənilərdir.

Kənardan elə başa düşülə bilər ki, iraq olsun bizim ən çox yaşadıqlarımız söz-söhbətdir. Şairlə nə dava-dalaş?"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR