Marsda dünyadakılardan daha böyük

Elm adamları Marsda bir zamanlar isti və sulu iqlimin hökm sürdüyü və dünyadakılardan daha böyük çayların olduğuna dair faktlar əldə edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Amerikanın Çikaqo Universitetindən elm adamları nəticələri “Science Advances” jurnalında yayımlanan araşdırmada Marsdakı iqlim şərtlərinə dair mövcud məlumatların əksinə Qızıl planetin milyonlarla il əvvəl suyun gecə və gündüz maye halda qalmasını təmin edən isti iqlimə sahib olduğuna dair izlərin tapıldığı bildirilib.

Tətqiqatçılar Marsda su aşınması nəticəsində əmələ gəldiyi bildirilən dərin dərələr olduğunu və burada axan çayların dünyadakılərə nisbətən daha böyük və güclü debitə sahib olduğunu bildiriblər.

Amma elm adamları sözügedən faktların Qızıl planetin iqliminin təkamülünə dair məlumatlarla zidd olduğunu və belə güclü bataqlıq iqlimin hansı şərtlərlə yarandığının bilinmədiyini də qeyd edib.

https://metbuat.az/news/1154976/xerceng-mutexessislerinin-esla-yemediyi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR