Elm dünyasını şoka salan kəşf:

Elm adamları ABŞ-da aparılan qazıntılar zamanı 66 milyon il əvvəl dinozavrları məhv edən meteorit toqquşmasının bir fotosunu ortaya çıxarıblar.

Metbuat.az Moderator.az-a istinadən xəbər verir ki, ABŞ-ın Şimali Dakotada əyalətində aparılan qazıntılar zamanı balıq və ağac qalıqlarında göydən düşən qaya və şüşə parçaları tapılıb. Tapıntılara görə, meteorit toqquşması nəticəsində nəhəng ölçülərdə dəniz yüksəlməsi baş verib.

Kanzas Universitetinin mütəxəssisləri bölgədəki qazıntı sahəsində nəhəng bir meteoritin yerə düşdükdən sonrakı 10 dəqiqə ilə 2 saatlıq bir müddətdə nələr baş verdiyinin izlərini tapıblar. Bu gün Meksika Körfəzi kimi tanınan regiona düşən 12 kilometr uzunluğundakı cisim milyardlarla ton ərimiş metal və qayanı minlərlə kilometr uzağa atıb.

Qazıntılar zamanı 12 km böyüklüyündəki bir cisim dünya qabığında 100 km enində və 30 km dərinliyində bir dəlik açıb. Daha sonra bu dəlik çökərək 200 km enində və bir neçə kilometr dərinliyində bir kraterə çevrilib.

Elm adamları araşdırma üçün kraterin içində qazıntılara başlayıb və tapılan maddələri Meksika körfəzində "Chicxulub" adı verilən meteoritə bağlayıblar. Tullantıların həmçinin 65.76 milyon il əvvələ qədər uzandığını ortaya çıxaran elm adamları bölgədə böyük bir dəniz qabarması baş verdiyini də deyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR