Bu da qara dəliyin ilk

ABŞ Beynəlxalq Elm Vəqfi 2012-ci ildə qara dəliyin əhatəsini izləmək üçün qurulan "Event Horizon" teleskopundan əldə edilən "cığır açıcı nəticəni" bu gün mətbuat konfransında açıqlayacaq.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, qara dəliyin ilk fotosunun astrofizika elmi üçün dönüm nöqtəsi olacağı bildirilib.Qara dəliklərin çevrəsi kainatdakı ən vəhşi yerlərdən biri olaraq göstərilir və ona yaxınlaşan ulduzları, planetləri, qazı, tozu və hər növ elektromaqnit radiusunu udur.

Bu da qara dəlik fotosu:

Fotoda qonşu qalaksimiz "Virqo A"nın mərkəzindəki yer alan M87 qara dəliyini görə bilərsiniz.

Kütləsi Günəşin kütləsindən 3,5 milyard qat daha böyük, dünyadan isə 54 milyon işıq ili uzaqlıqdadır. Qara dəliyin saat istiqamətində döndüyü açıqlanıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR