Təhsil Nazirliyindən Bakıda internat məktəbində uşaqların

Təhsil Nazirliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, internat məktəbi barədə sosial şəbəkədə yazı paylaşan müəllif Leyla Ucal Təhsil Nazirliyinə dəvət edilib və məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.

"Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib, orada olan vəziyyətlə bilavasitə özləri tanış olub. Son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib"- deyə qurumdan bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR