Elmar Məmmədyarov Moskvadakı Qarabağ görüşündən DANIŞDI: Yeni təklif və qərarlar...

Elmar Məmmədyarov Moskvadakı Qarabağ görüşündən DANIŞDI: Yeni təklif və qərarlar...
18:58 15 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan, ErmənistanRusiyanın xarici işlər nazirləri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskva görüşündə bir neçə yeni təklif müzakirə olundu və qərarlar qəbul edildi”.

Publika.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

"Ümumiyyətlə, çox geniş və substantiv danışıqlar aparılıb. Əvvəlcə Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri arasında üçtərəfli görüş baş tutdu. Çox faydalı görüş oldu və xüsusilə indiyədək razılaşdırılmamış məqamları müzakirə etdik. 2016-ci ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında müzakirələri davam etdirdik. Əlbəttə, bir görüşlə bütün məsələləri həll edə bilmərik. Bugünkü görüşün faydası isə ondadır ki, hansı problemlərin olduğunu, hansı problemlərin aradan qaldırılmağın zəruriliyini gördük", - nazir qeyd edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/275715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR