Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı və Yerevana səfərləri təşkil olunacaq

Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı və Yerevana səfərləri təşkil olunacaq
19:12 15 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

"AzərbaycanErmənistan jurnalistlərinin Bakı, Yerevan və Dağlıq Qarabağa səfərləri təşkil olunacaq". 
"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. 
Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla keçirilən görüşdə razılığa gəlinib: "Bundan başqa, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində kənd təsərüfatı ilə məşğul olan əhaliyə heç bir mane törədilməməsi və təhlükəsizliklərinin təmin olunması barədə də razılıq əldə olunub. Ermənistan tərəfinin buna hörmətlə yanaşacağına və sakinlərə öz torpaqlarında işləməyə imkan yaradılacağına inanmaq istərdim".


Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/jurnalistlerin-baki-ve-yerevana-seferleri-teskil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR