“Hər platformada ABŞ-a İrana qarşı embarqonun səhv olduğunu bildiririk” – Mövlud Çavuşoğlu

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı il təkbətək və heyətlərarası görüş keçirdikdən sonra XİN rəhbərləri birgə mətbuat konfransı keçiriblər.

ABŞ-ın İrana qarşı embarqosu ilə bağlı sualı cavablandıran Çavuşoğlu bildirib ki, ABŞ-a hər platformada bu embarqoya qarşı olduqlarını bildiriblər: “Bundan sonra da ABŞ-a bu embarqonun səhv olduğunu anlatmağa davam edəcəyik”.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif isə Suriyada Bəşər Əsədlə görüşdən sonra Türkiyəyə mesaj gətirib-gətirmədiyi sualına cavabında deyib: “Mən Suriyada Bəşər Əsədlə uzunmüddətli görüş keçirdim. Bu danışığın hesabatını hörmətli Rəcəb Tayyib Ərdoğana təqdim edəcəyəm”.

İranın bölgə ölkələrinin bir-birilə yaxşı əlaqələr qurmağını istədiyini bildirən Zərif qeyd edib ki, ölkələrin daxili işlərinə və ya beynəlxalq əlaqələrinə müdaxilə etmirlər. Zərif, Suriyada siyasi həll prosesi çərçivəsində yaradılması planlaşdırılan Konstitusiya Komissiyası üçün Rusiya, Türkiyə və Birləşmiş Millətlərlə dialoqların davam etdiyini, BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Geir Pedersenla da bu mövzunu ətraflı müzakirə etdiklərini bildirib.

Konstitusiya Komissiyasında kimlərin olacağını və hansı qayda və prinsiplərin olacağını dəqiq bilmədiyi deyən Zərif bildirib ki, növbəti günlərdə Astana prosesinin növbəti iclası Nur Sultanda keçiriləcək: “Prosesi daha da irəli aparmağa ümid edirik”.

Zərif sonda bildirib ki, türk xalqının sülh və təhlükəsizliyi bizim üçün çox əhəmiyyətlidir və bu mövzuda ciddi əməkdaşlığımız davam edir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR