Binəli Yıldırımla Əkrəm İmamoğlu görüşdü

İstanbul bələdiyyəsi üçün mübarizə aparan Binəli Yıldırım və Əkrəm İmamoğlu seçkilərdən sonra ilk dəfə Türkiyənin səkkizinci prezidenti Turqut Özalın anım mərasimində qarşılaşıblar.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İmamoğlu Binəli Yıldırımı görən zaman maşından düşüb. Onlar əl verib görüşərək ayaq üstə qısa söhbət ediblər. Anım mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Əkrəm İmamoğlu deyib:

“Getdiyim zaman avtomobili saxlayıb düşdüm, görüşdük. Bir az daha ayaq saxlasaydı qucalaqlayırdım. Mən vaxtı öyrəndim və gəldim. Hara dəvət alsam, ora gedirəm. Qucaqlamağımla bağlı heç bir sıxıntım yoxdur”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR