Tramp Si Szinpinin tezliklə ABŞ-a səfər edəcəyini bildirib

Tramp Si Szinpinin tezliklə ABŞ-a səfər edəcəyini bildirib
03:52 26 Aprel 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Çin sədri Si Szinpini Ağ evdə qəbul edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, Amerika lideri bu bəyanatla Ağ evin Cənub çəmənliyində çıxış edib.
Tramp çıxışı zamanı Ağ evin 1799-cu ildə inşa edildiyini bildirib:
"Bu çoxdan olub. İndi sədr Si Çindən bura gəldiyi zaman, mən ona 1799-cu il barədə danışacağam və o, düşünəcək ki, bu, müasir evdir, onların mədəniyyəti çox qədimdir - 5 min ilə gedib çıxır".
O, daha sonra Ağ evin bir çox xarici liderlərin qəbulunu davam etdirdiyini xatırladıb:
"Tezliklə Si (Çin sədri) bizdə qonaq olacaq", - deyə Tramp bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-si-szinpinin-tezlikle-abs-a-sefer-edeceyini-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR