Bakıda Dünya Kubokunda 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində Bolqarıstan komandası "qızıl" qazanıb

Bakıda Dünya Kubokunda 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində Bolqarıstan komandası "qızıl" qazanıb
16:36 28 Aprel 2019
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda 3 halqa və 2 cüt gürzlə qrup hərəkətlərində ilk yeri 25.550 xalla Bolqarıstan komandası qazanıb.

Trend-in məlumatına görə, ikinci yerdə Rusiya (25.250), üçüncü yerdə isə Ukrayna komandası (25.150) qərarlaşıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3053713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR