Formula 1-in açılışında Azərbaycan himni yeni aranjimanda (VİDEO)

Formula 1-in açılışında Azərbaycan himni yeni aranjimanda (VİDEO)
16:43 28 Aprel 2019
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin açılış mərasimində Azərbaycan Dövlət himni yeni aranjimanda səsləndirilib.

Trend-in məlumatına görə, Dövlət himnimiz tar, kamança və digər alətlərin müşayiəti ilə müğənnilər Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən yeni aranjimanda ifa olunub.

Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi keçirilir.

Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3053709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR