Alsunun qızına görə Rusiyada qalmaqal

Alsunun qızına görə Rusiyada qalmaqal
17:17 28 Aprel 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Alsunun qızı Mikella Abramovanın qızının "Голос. Дети" müsabiqəsində birinci olması qalmaqala səbəb olub. 

Milli.Az Axşam.az-a istinadən bildirir ki, 10 yaşlı qızın qalib olması düzgün hesab edilməyib. Sosial şəbəkədə də bununla bağlı etirazlar səngimək bilmir. Birinci kanalın rəhbəri Konstantin Ernst isə təhqirlərə məruz qalıb. 

Mikellanın 56,5% faiz səs toplamasının həqiqəti əks etdirmədiyi bildirilib. Hətta bir çox müğənni də buna etiraz edib. Hətta Maksim Qalkin də sosial şəbəkədə məsələyə münasibət bildirib və saxtakarlıq təsdiq olunduğu halda Alla Puqaçova ilə heç vaxt övladlarını ora göndərməyəcəklərini bildiriblər. Valeriy Meladze də qızın qalibiyyətinin gerçək olmasına şübhə ilə yanaşdığını vurğulayıb. 

Çoxları Mikellanın anası Alsunun hesabına birinci olduğunu, digər güclü səsi olan iştirakçılara haqsızlıq edildiyini vurğulayıblar.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR