Cardi B: "Kababın əti çox dadlıdır" - VİDEO

Cardi B: "Kababın əti çox dadlıdır" - VİDEO
17:27 28 Aprel 2019
120 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, bu gün "Formula-1" Qran-Prisi çərçivəsində dünya şöhrətli amerikalı hip-hop ifaçısı Kardi Binin (Cardi B) Bakı Kristal Zalının səhnəsində çıxışı olacaq.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, ifaçı şəhərimizin gəzməli-görməli yerlərindən çəkiliş edərək həmin görüntüləri şəxsi İnstagram hesabının "tarix" bölməsində yerləşdirib.

"Fairmont" hotelində qalan Kardi Bi otağından şəhərin gözəl mənzərəsini çəkərək "Azərbaycan gözəl məmləkətdir. Bakı gözəlliyi ilə valeh edir. Bura çox gözəldir. Buranın mənzərəsi inanılmazdır" sözləri yazıb.

Nahar yeməklərinin dadına baxan Kardi Bi xüsusi ilə paxlava və kababı çox bəyəndiyini söyləyib:

"Kababın əti çox dadlıdır. Gözəl hazırlanıb. Mənim ən sevimdiyim təam paxlava oldu. Çox ləzzətlidir".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR