Bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətlərində qalib komandalar mükafatlandırılıb

Bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətlərində qalib komandalar mükafatlandırılıb
17:29 28 Aprel 2019
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətlərində komanda oyunlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, beş topla hərəkətlərdə birinci yeri Rusiya komandası (24,850 xal), ikinci yeri isə Yaponiya komandası (24,450 xal), üçüncü yeri isə Ukrayna komandası (24,350 xal) tutub.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, yarışların texniki direktoru Natalya Bulanova, bədii gimnastika üzrə Azərbaycan komandasının məşqçisi Lalə Məhərrəmova təqdim edib.

Üç halqa və iki cüt gürzlə qrup hərəkətlərində qızıl medalı Bolqarıstan komandası (25.550 xal), gümüş medalı Rusiya komandası (25.250 xal), bürünc medalı isə Ukrayna komandası (25.150 xal) qazanıb.

Mükafatları bədii gimnastika üzrə Azərbaycan komandasının baş məşqçisi Mariana Vasileva, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, "Ocag Sport" idman klubunun direktoru Surxay Qarayev təqdim ediblər.

Eyni zamanda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokları da bu il Dünya Kubokunun dörd mərhələsində göstərilən ən yaxşı üç nəticə əsasında təqdim edilib.

Bu kuboklar beş topla hərəkətlərdə Rusiya, üç halqa və iki cüt gürzlə hərəkətlərdə isə Bolqarıstan komandasına verilib.

Mükafatları Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başa çatıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilib.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3053732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR