Başı qız, bədəni oğlan - Mağazalarda belə kuklalar satılır - VİDEO

Başı qız, bədəni oğlan - Mağazalarda belə kuklalar satılır - VİDEO
20:14 28 Aprel 2019
173 Digər
Ölkə mətbuatı
A- A+

Bir tamaşaçımız bizi əməlli başlı dəhşətə gətirib. Elə az sonra xəbərimizi izləyəndə siz də dəhşətə gələcəksiniz. Beləki, qardaş bacısı üçünqız kuklası alıb. Evdə kuklanın paltarını təsadüfən çıxaranda isə görüblər ki, başı qız başı olan oyuncağın bədəni oğlan bədənidir. Bu bir istehsal səhvi, defekt kimi də qəbul oluna bilər. Amma psixoloqlar iddia edir ki, istehsalçılar qəsdən belə məhsullar istehsal edir ki, uşaqların cinsi dərrakəsində pozuntular yaransın.
 
Şəkildə gördüyünüz kuklanı paytaxtda bir oğlan bacısı üçün alıb. Kuklanın başı qız, bədəni isə oğlandır.
 
Nəzərə alsaq ki, uşaqlar ətraf aləmi ilk olaraq oyuncaqlar üzərindən kəşf edirlər, belə bir kuklanı istesahsalı onlarda böyük travmalara tol aça bilər. Psixoloqlar bununla bağlı həyəcan təbili çalır.
 
Məsələ burasındadır ki, belə kuklalar 3 yaşdan böyük uşaqlara alınır. Bu həmin yaşdır ki, uşaqlarda öz cinslərini müəyyən edəcək təsəvvür artıq formalaşıb. Lakin belə oyuncaqlar çaşbaşlıq yaratmaqla yanaşı uşağın gələcəyi üçün ciddi cinsəl problemlər yarada bilər.
 
Bu şəkildə hazırlanan oyuncağa cəmiyyətin və psixoloqların münasibəti birmənalıdır. Bir sözlə valideynlər oyuncaq alarkən maksimum diqqətli olsunlar.
 
(xezerxeber)

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR