Onlar axmaqdırlar - Tramp kralla telefon zənginin DETALLARINI AÇDI

Onlar axmaqdırlar - Tramp kralla telefon zənginin DETALLARINI AÇDI
20:33 28 Aprel 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp Viskonsində qatıldığı konfranslardan birində çıxışı zamanı Səudiyyə Ərəbistanı ilə bağlı ilginc məlumatı iştirakçılara danışıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bir zənglə Səudiyyədən 500 milyon dollar aldığını bəyan edib.

“Səudiyyə kralını bəyənirəm. Krala: Sizi qorumaq üçün hər yola əl atırıq, sizin də çox pulunuz var - dedim. O da: Mənə nə üçün zəng etmisən? Daha əvvəl heç kim (keçmiş ABŞ prezidentləri) mənə bu səbəblə zəng etməyib – deyə cavab verdi. Mən də öz növbəm də: Onlar axmaqdırlar - şəklində cavabladım. Bundan sonra pul yolladılar. Bir zənglə 500 milyondan çox pul göndərdilər. Biz onları qoruyuruq. Onlar zəngin ölkələrdir. Mən bu pulu itirmək istəmirəm”, - deyə Ağ Ev rəhbəri bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/277046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR