“Bakı məni yordu” - Kardi Bi - FOTO

“Bakı məni yordu” - Kardi Bi - FOTO
00:24 29 Aprel 2019
148 Digər
Ölkə mətbuatı
A- A+

“Ölmüş bir həşərat kimi uzanmışam. Bakı məni yordu”.

 

Bu sözləri Bakıda konsert verən dünyaca məşhur ifaçı Kardi Bi İnstaqram hesabında yazıb.

O, səhnədə sevilən hitlərini səsləndirib. Daha sonra isə Azərbaycan barədə fikirlərini sosial media hesabında yazıb.

Müğənni evinə geri qayıtmaq üçün təyyarədə13 saat yol gedəcəyini bildirib.

“Formula 1 üçün məni seçdiyinə görə, Azərbaycana təşəkkür edirəm. Gözəl şəhər, gözəl insanlar və ləzzətli yeməklər” deyə, o, ölkəmizdən bəhs edib.

Qeyd edək ki, sənətçi səhnəyə çəhrayı libasda çıxıb, onu bənzər geyimdə olan rəqqaslar müşayiət edib.

(axşam.az)

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR