Yaponiyada 2018-ci ildə boş evlərin sayı rekord həddə çatıb

Yaponiyada 2018-ci ildə boş evlərin sayı rekord həddə çatıb
03:32 29 Aprel 2019
118 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyada 2018-ci ildə boş evlərin sayı 8 milyon 460 minə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Ümummilli İşlər Nazirliyinin aprelin 26-da dərc etdiyi hesabatda məlumat verilir. Həmin hesabat beş ildən bir dərc edilir.

Sənəddə qeyd edilir ki, 2018-ci il oktyabrın 1-nə olan son məlumata görə ölkə üzrə boş evlərin sayı 8 milyon 460 minə çatıb və bu, ölkədəki ümumi evlərin sayının 13,6 faizini təşkil edir.

Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, əgər boş evlər haqqında tezliklə qərar qəbul edilməsə, ölkədə təhlükəsizliyin səviyyəsinə və ətraf mühitə böyük zərər dəyə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/750239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR