Londonun Hitrou hava limanı yaxınlığında yanğın olub

Londonun Hitrou hava limanı yaxınlığında yanğın olub
03:32 29 Aprel 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Bazar günü Londonun bilavasitə Hitrou hava limanı yaxınlığındakı Vest-Dreyton qəsəbəsində yerləşən anbarda yanğın olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın yanğın xidməti məlumat yayıb.
Əraziyə altı yanğınsöndürmə briqadası cəlb olunub. Aeroport ərazisini qatı tüstü bürüyüb. Yanğınsöndürənlər ətraf ərazidə yaşayan sakinlərə evlərinin qapı və pəncərələrini açmamağı tövsiyə ediblər.
Zərər çəkənlərin olub-olmaması barədə məlumat yoxdur.
"Daily Mail" yazır ki, yanğının əmələ gəlməsinə bir neçə partlayış səbəb olub.








Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/londonun-hitrou-hava-limani-yaxinliginda-yangin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR