İngiltərə Premyer Liqasında mövsümün futbolçusu müəyyənləşdi

İngiltərə Premyer Liqasında mövsümün futbolçusu müəyyənləşdi
09:59 29 Aprel 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

 
İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
 
ONA-nın məlumatına görə, bu mükafata “Liverpul”un futbolçusu Vircil Van Deyk layiq görülüb.
 
O, Peşəkar Futbolçular Assosiasiyasının versiyasına əsasən ən yaxşı adını qazanıb. 28 yaşlı hollandiyalı müdafiəçi Rəhim Sterlinq, Serxio Aquero, Bernardu Silva (hamısı “Mançester Siti”), Eden Azar (“Çelsi”) və komanda yoldaşı Sadio Maneni qabaqlayıb.
 
 
Qeyd edək ki, Van Deyk cari mövsüm 45 oyunda 4 qol vurub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR