Zelenskini Bodrumda Ərdoğanın şəxsi mühafizəsi qoruyur

Zelenskini Bodrumda Ərdoğanın şəxsi mühafizəsi qoruyur
10:34 29 Aprel 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bodrum şəhərində istirahət edən Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin mühafizəsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizə xidməti həyata keçirir.
 
ONA-nın məlumatına görə, bu barədə “Strana” portalına yerli polisdən məlumat verilib. 
 
"Hazırda kurort şəhərində müxtəlif ölkələrdən 20-yə yaxın yüksək vəzifəli məmur istirahət edir. Lakin heç kəsə xüsusi diqqət yoxdur. V.Zelenskini qoruyan R.T.Ərdoğana məxsus şəxsi mühafizəçilər isə çox ciddidir. Jurnalistlər onun restoranda yemək yeyən zaman şəklini çəkmək istəyərkən mühafizəçilər bunun qarşısını alıblar”,- deyə mənbə məlumat verib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR