​Bakıda itkin düşən 13 yaşlı qız

Bakıda itkin düşən 13 yaşlı qız tapılıb.

Metbuat.az-a daxil olan məlumata görə, 1978-ci ildə anadan olmuş Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 72, mənzil 5-də yaşayan Yusifova Təranə Vaqif qızı 26.04.2019-cu ildə saat 23:00 radələrində Nəsimi RPİ-nin 19-cu PS-nə ərizə ilə müraciət edərək, qızı 21.08.2006-cı ildə anadan olmuş Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 72, mənzil 5-də yaşayan Əliyeva Aydan Valeh qızının 26.04.2019-cu il tarixdə saat 13:00 radələrində təhsil aldığı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 a saylı ünvanda yerləşən 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getdiyini və geri qayıtmadığını bildirib.

Faktla bağlı Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nı tərəfindən araşdırma aparılıb və bir neçə saat sonra keçirilmiş əməliyyat-axtarışı tədbirləri nəticəsində Əliyeva Aydan Valeh qızı tapılaraq sağ -salamat ailəsinə təhvil verilib.

Aysel Yaqubqızı / Metbuat.az

Lənkəranda 15 yaşlı oğlan itkin düşüb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR