ABŞ-ın keçmiş senatoru Riçard Luqar vəfat edib

ABŞ-ın keçmiş senatoru Riçard Luqar vəfat edib
11:42 29 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Respublikaçılar Partiyasından keçmiş senator Riçard Luqar vəfat edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Vaşinqtondakı Luqar Mərkəzi yayıb.
O, aprelin 28-də 87 yaşıında dünyasını dəyişib. Vəfat edərkən R.Luqarın yanında həyat yoldaşı, 4 oğlu və ailəyə yaxın insanlar olub.
Keçmiş senator ABŞ-da Virciniya tibb mərkəzində nevroloji xəstəlikdən müalicə olunurmuş.
Qeyd edək ki, R.Luqar 1932-ci il aprelin 4-də ABŞ-ın İndianapolis şəhərində anadan olub. O,1977-ci il yanvarın 3-dən 2013-cü il yanvarın 3-dək İndiana ştatından senator olub. R.Luqar 36 yaşından Senatda işlədiyi müddətdə xarici siyasət və təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırıb. 
Nann-Luqar proqarmı çərçivəsində keçmiş SSRİ-nin 7600 nüvə başlığının fəaliyyəti dayandırılıb və 900-dən çox qitələrarası ballistik raket məhv edilib. Bu plana əsasən, Qazaxıstan, Ukrayna və Belarusdan nüvə silahları çıxarılıb.
R.Luqar 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Vaşinqtonun Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişə qarşı çıxmışdı. Həmin ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən 907 saylı düzəliş təklif edilmişdi. Bu layihə sonradan senator Con Kerri və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə təqdim olunmuşdu. Onda senator R.Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdi. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdi.
2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-kecmis-senatoru-ricard-luqar-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR