Obama Co Baydenə mane olub - Səbəb açıqlandı

Obama Co Baydenə mane olub - Səbəb açıqlandı
11:44 29 Aprel 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın keçmiş prezidenti Barak Obama keçmiş vitse-prezident Co Baydenin 2016-cı il prezident seçkilərinə namizədliyini irəli sürməsinə mane olub.
 
ONA-nın xəbərinə görə, bu barədə “Nyu-York Times” qəzeti yazıb.
 
Məlumata əsasən, Barak Obama 2016-cı il seçkilərində o zaman seçiləcəyi ehtimalı yüksək olan Hillari Klintonun qalib gələcəyini düşünərək belə bir addım atıb.
 
Co Bayden daha sonra keçmiş prezidentin onun namizədliyini dəstəkləmədiyini etiraf edib.
 
Qeyd edək ki, ötən həftə 2009-2017-ci ill’rd’ ABŞ-ın vitse-prezidenti olmuş  Co Bayden 2020-ci il prezident seçkilərində iştirak edəcəyini rəsmən bəyan edib. O, Demokratlar Partiyasından ən populyar namizəd hesab olunur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR